0
Thursday 2 April 2015 - 18:44

Milli Şuranın mitinq keçirməsinə razılıq verilib

Story Code : 451629
Milli Şuranın mitinq keçirməsinə razılıq verilib
Milli Şuranın mitinq keçirməsinə razılıq verilib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, BŞİH-də Milli Şuranın mitinqlə bağlı müraciətinə baxılıb və aprelin 5-də saat 15-00-da Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirilməsinə razılıq verilib.
Qeyd edək ki, Milli Şura bundan öncəki mitinqini martın 15-də keçirib.
Source : Report
Comment