0
Friday 26 November 2010 - 17:59

NATO Medvedevin təklifini rədd edib

Story Code : 45189
NATO Medvedevin təklifini rədd edib
NATO Medvedevin təklifini rədd edib
Bu barədə ABŞ-ın “The Wall Street Journal” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb. NATO və Rusiyanın raket hücumundan müdafiə sistemlərinin birləşdirilməsi yerinə alyansın ekspertləri iki sistemin əməkdaşlıq imkanlarını araşdıracaqlarını vəd ediblər.
Xatırladaq ki, D. Medvedev vahid sistem yaratmaq təklifini NATO-nun noyabrın 20-21-də keçirilən Lissabon sammitində irəli sürüb. Bu təklifdə söhbət sektoral müdafiə sisteminin yaradılmasından gedir – Rusiya NATO-nu şərq istiqamətində, NATO isə Rusiyanı qərb istiqamətində müdafiə etməlidir. Lakin alyans bu planı həddən artıq geniş miqyaslı sayır. /apa/
Comment