0
Saturday 4 April 2015 - 15:51

Bəhreynin “əl-Muxtar” batalyonundan Hüsilərə dəstək

Story Code : 451927
Bəhreynin “əl-Muxtar” batalyonundan Hüsilərə dəstək
Bəhreynin “əl-Muxtar” batalyonundan Hüsilərə dəstək
Nur-az.com shianews.com-a istinadən:
Ötən çərşənbə axşamı Ərəbistanın başçılığı ilə doqquz ərəb ölkəsinin üzdəniraq kampaniyası tərəfindən Yəmən ölkəsinə “Qəti Tufan” adlı təcavüzü gözlənilməz hadisə kimi informasiya mərkəzlərinin diqqətini özünə cəlb edib. Bu hadisə ilə əlaqədar olaraq Bəhreynin “əl-Muxtar batalyonları” bu təcavüzə cavab olaraq polis jandarmeriyasının 17-ci bölməsinə hücumla ilk əməliyyatını həyata keçirib. Əməliyyatdan sonra qrupun verdiyi bəyanat belədir:

Əməliyyatın elanı!
174-cü əməliyyat
فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُون
“Elə isə onları öz başlarına burax, ta canları çıxacaq ana qovuşsunlar!”
İmam Zaman (əc.) əsgərlərindən ibarət “əl-Muxtar batalyonu” İslam Müqavimət Cəbhəsi uğrunda “Biz hamımız Allahın qoşunlarıyıq!” əməliyyatını həyata keçirməklə 17-ci muzdur məntəqəsinə yetirdiyi zərbə ilə qorxaq düşmənlərin ürəyinə vahimə endirib!
Bu əməliyyat Yəmən xalqına yardım olaraq sionizmin tutduğu siyasətə qoşulan Ali-Səud və Ali-Xəlifənin hegemonsayağı təcavüzünə açıq reaksiyamızdır.
Yenilməz Vahid Allahdan başqasından yardım ummuruq!
Əl-Muxtar batalyonu

2011-ci ilin fevralından etibarən Bəhreyndə qanun məcəlləsində və dövlət orqanlarında islahatla əlaqədar xalq tərəfindən etirazlar kütləvi forma almağa başlayır. Fars körfəzində yerləşən adadan ibarət bu kiçik ölkənin əksəriyyətini şiələr təşkil etdiyi halda hakimiyyət sünni təriqətli tayfanın əlində idarə olunur və eyni zamanda ABŞ-ın hərbi dəniz qoşunlarının beşinci donanmasının yerləşdiyi məntəqə sayılır. O zamandan başlayaraq indiyə qədər, demək olar, bütün etiraz və aksiyalar sülhməramlı xarakter daşısa da, iki il əvvəl müxalifətin daxilindən “əl-Muxtar batalyonu” adlı cəbhə də, özünü göstərməyə başlayır. Onlar indiyə qədər bir sıra kiçik əməliyyatlar həyata keçirsə də, hələlik siyasi rəhbərlərinin tutduğu mövqeyə əsasən, çox ciddi əməliyyatlara əl atmayıb, sülhməramlı strategiyaya önəm verirlər.
Source : Nur.az
Comment