QR CodeQR Code

Qaçmağa üz qoyan "Boko-Haram" üzvləri 7 dinc sakini qətlə yetirib

İnteraz , 4 Apr 2015 22:23

Islamtimes - Çad və Niger qoşunlarının təqibinə məruz qalan "Boko-Haram" terror qruplaşması Çad ərazisində dinc sakinlərə qarşı qəfil hücum təşkil edərək 7 nəfəri qətlə yetirib.


Bu barədə dünən təhlükəsizlik qüvvələri məlumat yayıb. Məlumatda deyilir ki, həftənin əvvəlində terrorçu qrup Nigeriya sərhədləri boyunca sonuncu mövqeyi olan Malam Fotori rayonundan çıxarılıb.

Terrorçu qrup geri çəkilərkən zəif müqavimətə rast gəldiyi üçün digər bir rayonun ərazisinə daxil olublar. Bundan bir gün sonra Çad qoşunları rayonu grei almaq üçün geniş hücum təşkil edərək yüzlərlə "Boko-Haram" üzvünü məhv ediblər. Həmin əməliyyatda 9 Çad əsgəri həlak olub, 16 nəfəri yaralanıb.

"Bəzi "Boko-Haram" üzvləri Malam Fotoridən qaçaraq Çad gölü yaxınlığından keçərkən cümə axşamı günü Nqouboa rayonu yaxınlığındakı Maydoqo kəndinə hücum ediblər və yeddi nəfəri öldürüblər." - Çadın təhlükəsizlik qüvvələrinin məlumatına deyilir. Çad gölündəki adaların birində yerləşən Maydoqo kəndinə hücum digər hərbi mənbələr tərəfindən də təsdiqlənib.


Story Code: 451999

News Link :
https://www.islamtimes.org/az/news/451999/qaçmağa-üz-qoyan-boko-haram-üzvləri-7-dinc-sakini-qətlə-yetirib

Islam Times
  https://www.islamtimes.org