0
Saturday 4 April 2015 - 23:16

Yəmən və Fələstində Səud rejiminə etiraz edilib

Story Code : 452011
Yəmən və Fələstində Səud rejiminə etiraz edilib
Maide.az xəbə rverir ki, Hadidə vilayətinin sakinləri təşkil etdikləri aksiyada, Səudiyyənin ölkələrinə hücumunu pisləyərək, yəmənliləri Ər-Rriyada qarşı birləşməyə və milli dialoq görüşlərinin keçirilməsinə çağırıblar.
Nümayişçilər Səudiyyə Ərəbistanının Yəmənin infrastruktur, obyektləri və günahsız vətəndaşlarını hədəf aldığını bildiriblər.
Nümayişçilər həmçinin beynəlxalq aləm, Təhlükəsizlik Şurası, insan haqları və uşaq hüquqlarını müdafiə edən beynəlxalq təşkilatlardan Yəmən xalqına dəstək üçün hərəkətə keçmələrini istəyiblər.
Başqa bir aksiya isə Fələstində keçirilib. İordan çayının qərb sahilində yaşayan Fələstinli bir qrup Səudiyyə Ərəbistanının vəhşi hücumlarına məruz qalan Yəmən xalqına dəstək nümayişi keçirib.
Fələstinli nümayişçilər Səudiyyə Ərəbistanın Yəmən müqavimətinə dəstək əvəzinə, onları hədəf aldığını, Suriyada da İŞİD və Nusra Cəbhəsi kimi terrorçu qruplara dəstək vermək vasitəsilə Suriya hakimiyyətinə zərbə vurmağa çalışdığını bildiriblər.
Fələstinli nümayişçilər Səudiyyə Ərəbistanının Fələstin məsələsini unutdurmaq məqsədilə Yəməni bombaladığını söyləyiblər.
Comment