QR CodeQR Code

İran parlamentinin spikeri: “İran Yəmən böhranının sona çatdırılması üçün milli danışıqları dəstəkləyir”

6 Apr 2015 17:14

IslamTimes - İran parlamentinin spikeri Əli Larincani Yəmən böhranının sona çatdırılması üçün yeganə yolun milli dialoq danışıqlarının olduğunu bildirərək ölkəsinin Yəmən böhranı ilə bağlı olan bütün partiyaların nümayəndələri arasında danışıqları dəstəklədiyini açıqlayıb.


Bu gün İran Parlamentinin spikeri Əli Larincaninin Pakistan Milli Məclisinin sədri Sərdar Ayaz Sadiq ilə telefon danışığı olub. Telefon danışığı zamanı Laricani yüzlərlə yəmənlinin həlak olması və ölkə infrastrukturunun məhvinə səbəb olan Səudiyyənin hava hücumlarını qınadığını bildirib.
"Bu cür hərbi təcavüz, hansı məqsədlər üçün edilməsindən asılı olmayaraq, müsəlman ümməti üçün böyük bir zərbədir və sionist rejimi (İsrail) və böyük dövlətlərin xeyrinə istifadə olunur. Təcavüzkar ölkələr öz imkanlarından istifadə edərək niyə müsəlman dövlətinə hücum etdiklərilə bağlı cavab verməlidir”.
Laricani, həmçinin yəmənlilərin tarix boyu xarici təcavüzkarların qarşısını almaq üçün öz tədbirlərilə peşman edən cəsarətli xalq adlandırıb.
O, təcavüzkar hökumətin SSRİ və ABŞ-ın Əfqanistanda hərbi kampaniyalarından dərs götürməyə çağırıb.
Pakistan Milli Məclisinin sədri Sərdar Ayaz Sadiq də öz növbəsində bəyan edib ki, İslamabad Yəmən böhranına qarışmaq niyyəti yoxdur və müsəlman dünyasının mənafelərinə uyğun Yəməndə sabitliyin və sülhün yaradılmasına çalışır. /RealnieNovosti/


Story Code: 452355

News Link :
https://www.islamtimes.org/az/news/452355/iran-parlamentinin-spikeri-yəmən-böhranının-sona-çatdırılması-üçün-milli-danışıqları-dəstəkləyir

Islam Times
  https://www.islamtimes.org