QR CodeQR Code

Putin: 2012-ci ildə kimin prezident seçiləcəyini bilmək olmaz

27 Nov 2010 10:55

IslamTimes - Rusiyanın baş naziri Vladimir Putin 2012-ci ildə yenidən prezidentliyə qayıda biləcəyinə işarə vurub.


Milli.Az RİA «Novosti»yə istinadən xəbər verir ki, o, 2012-ci ildə keçiriləcək prezident seçkisində özünün, yoxsa hazırkı dövlət başçısı Dmitri Medvedevin namizəd olacağı məsələsini Kreml sahibi ilə məsləhətləşərək müəyyənləşdirəcəklərini söyləyib. «Dmitri Medvedev ilə məsləhətləşərək, ölkənin maraqlarına uyğun qərar qəbul edəcəyik», - deyə Putin qeyd edib: «Bu, mənim və cənab Medvedevin artıq vərdiş etdiyimiz söhbətdir. Cavab standart olacaq və yeni heç nə deməyəcəyəm: o vaxt sosial sahədə, iqtisadiyyatda, siyasətdə vəziyyətin necə olacağına baxacaq, ölkənin maraqlarına uyğun razılaşdırılmış qərar çıxaracağıq».


Story Code: 45247

News Link :
https://www.islamtimes.org/az/news/45247/putin-2012-ci-ildə-kimin-prezident-seçiləcəyini-bilmək-olmaz

Islam Times
  https://www.islamtimes.org