0
Tuesday 7 April 2015 - 17:11

Türkiyədə "Tvitter" və "Facebook" üzərindən blok götürülüb

Story Code : 452612
Türkiyədə "Tvitter" və "Facebook" üzərindən blok götürülüb
Bundan əvvəl “başına tapança dirənmiş prokurorun” şəkillərinin sosial mediadakı dövriyyəsinin dayandırılması məqasədilə Facebook və Tvitter üzərinə blok qoyulmuşdu. YouTube saytı ilə bu istiqamətdə danışıqların davam etdirildiyi xəbər verilir.
Ötən həftə marksist qruplaşmadan olan iki şəxs İstanbulda prokuroru girov götürmüşdü. Girov və girovçular təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı öldürülmüşdülər. Hökumət rəsmiləri prokuror Mehmet Selim Kiraz-ın fotosonu “antihökumət təbliğatı” adlandırmışdılar. Qəzetlər terror təbliğatı aparmaqda günahlandırılırdı.
Comment