QR CodeQR Code

Pan Gi Mun: "Yəməndə münaqişənin genişlənməsi humanitar problemləri şiddətlənib"

10 Apr 2015 20:59

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun bəyan edib ki, Yəməndə münaqişəsinin genişlənməsi, ölkədə humanitar problemlərin əhəmiyyətli dərəcədə şiddətlənməsinə səbəb olub.


Pan Gi Mun qeyd edib ki, Yəmən münaqişəsi bütün regiona təhlükə törədir.
Pan Gi Mun vurğulayıb ki, Səudiyyənin rəhbərlik etdiyi koalisiyanın Yəmənə endirdiyi aviazərbələr nəticəsində minə yaxın dinc insan həlak olub. Raket zərbələri nəticəsində məktəblər, xəstəxanalar dağıdılıb.
"Səudiyyənin Yəmənə aviazərbələr endirməsi bütün regiona dərin təhlükə törədir", - deyə o, bildirib.
Onun sözlərinə görə, Yəmənin ərazi bütövlüyünü yalnız danışıqlar yolu ilə qorumaq mümkündür. /Deyerler/


Story Code: 453421

News Link :
https://www.islamtimes.org/az/news/453421/pan-gi-mun-yəməndə-münaqişənin-genişlənməsi-humanitar-problemləri-şiddətlənib

Islam Times
  https://www.islamtimes.org