0
Sunday 28 November 2010 - 10:54

Misirdə parlament seçkiləri keçiriləcək

Story Code : 45345
Misirdə parlament seçkiləri keçiriləcək
Misirdə parlament seçkiləri keçiriləcək
Misirdə seçicilər 2005-ci ildən bəri ilk parlament seçkilərinə hazırlaşırlar. 
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Müsəlman Qardaşlığı qrupu bildirir ki, İsgəndəriyyə məhkəməsi qurumun 12 tərəfdarını qeyri-qanuni kampaniya aparmaq ittihamları ilə iki il azadlıqdan məhrum edib. Müsəlman Qardaşlığı rəsmən qadağan olunduğuna görə namizədlərini səsverməyə müstəqil namizəd kimi çıxarır. Misir qanunları dini partiyaların siyasi prosesdə iştirakını qadağan edir, lakin Müsəlman Qardaşlığına loyal millət vəkilləri parlamentdəki yerlərin beşdə birinə nəzarət edir. Bazar günü seçkilərində qrup 130 namizədlə çıxış edir. Son bir neçə həftə ərzində Müsəlman Qardaşlığının 1200 tərəfdarı həbs olunub.
Comment