QR CodeQR Code

Misirdə parlament seçkiləri keçiriləcək

28 Nov 2010 10:54

IslamTimes - Bu arada seçki mühiti kütləvi pozuntular və müxalifət nümayəndələrinə qarşı təqiblər barədə şikayətlərlə müşayiət olunur.


Misirdə seçicilər 2005-ci ildən bəri ilk parlament seçkilərinə hazırlaşırlar. 
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Müsəlman Qardaşlığı qrupu bildirir ki, İsgəndəriyyə məhkəməsi qurumun 12 tərəfdarını qeyri-qanuni kampaniya aparmaq ittihamları ilə iki il azadlıqdan məhrum edib. Müsəlman Qardaşlığı rəsmən qadağan olunduğuna görə namizədlərini səsverməyə müstəqil namizəd kimi çıxarır. Misir qanunları dini partiyaların siyasi prosesdə iştirakını qadağan edir, lakin Müsəlman Qardaşlığına loyal millət vəkilləri parlamentdəki yerlərin beşdə birinə nəzarət edir. Bazar günü seçkilərində qrup 130 namizədlə çıxış edir. Son bir neçə həftə ərzində Müsəlman Qardaşlığının 1200 tərəfdarı həbs olunub.


Story Code: 45345

News Link :
https://www.islamtimes.org/az/news/45345/misirdə-parlament-seçkiləri-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org