0
Sunday 28 November 2010 - 13:46

İKT İsrail rejimini pisləyib

Story Code : 45383
İKT İsrail rejimini pisləyib
İKT İsrail rejimini pisləyib
Bəyanatda qeyd olunub : İsrail rejiminin Şərqi Beyt-Ul-Müqəddəsdə atdığı addımlar beynəlxalq qanunlarla ziddiyyət təşkil edir.

Ehsanoğlu habelə İsrailin Məscid-Ul-Əqsa və onun yaxınlığında yerləşən müqəddəs və tarixi məkanları təhlükə altında qoyması ilə bağlı ciddi xəbərdarlıq edərək Qüds Şərifin islam ,xristian və Fələstin mahiyyətinin dəyişdirilməsi məqsədilə İsrail rejiminin apardığı əməliyyatların dayandırılmasını istəyib.

Qeyd edək ki ,ötən cümə axşamı (25 noyabr) İnsan Haqlarını müdafiə üzrə beynəlxalq təşkilatların təmsilçilərindən ibarət bir qrup , işğal olunmuş Beyt-Əl-Müqəddəs ilə bağlı vəziyyətlə yaxından tanış olmaq məqsədilə bu şəhərə gəldi.

Bu beynəlxalq qrup Qüds Şərifə səfəri çərçivəsində mənzilləri müsadirə edilmiş ya sionistlərin təhdidləri səbəbi ilə evlərini tərk etməyə məcbur olan fələstinlilərlə danışıq aparacaq.

Fələstin Muxtariyyat Təşkilatında Qüds işi üzrə məsul nümayəndə Əhməd Əl-Rəvizi də bu məsələyə münasibət bildirərkən deyib : Bu görüşlər sionist İsrail rejiminin yeritdiyi siyasətləri və tutduğu mövqeyi ilə bağlı reallıqları beynəlxalq təşkilatlar və ümumi məfkurəyə aşkar edəcək və bu qeyri legitim rejimin Qüds Şərif və Məscid-Ul-Əqsanı dağıtmaqla bağlı siyasətlərinin cəhətlərini aşkara çıxaracaq.

Yeri gəlmişkən qeyd edək ki, son günlər Sionist rejim polisinin himayəsinə malik " İlad " adlı ifratçı bir sionist qrup Qüds Şərifdə fələstinlilərə aid yaşayış binasını qəsb edib sonrada binadaki sakinləri mənzillərindən qovublar.

Sionist rejimə aid " İlad " təşkilatı fələstinlilərin əmlakı və mənzillərini qəsb etmək istiqamətində fəaliyyət göstərir.

Bu ifratçı sionist qrupun son əməliyyatında 100-ə yaxın İsrail polisi onları dəstəkləmişdi.

İşğal olunmuş Fələstin ərazilərində şəhərcik və qəsəbəsalma prosesinin dayandırılması dövründən 2 ayın keçməsinə rəğmən , İsrail rejimi Qüds Şərifin demoqrafiyasını dəyişmək və bu məntəqəni yəhudiləşdirmək istiqamətindəki hərəkətlərini nəinki dayandırmayıb ,hətta bu istiqamətdə şəhərcik salma prosesini yeni bir mərhələyə daxil edib.

İsrail rejimi fələstinlilərin mənzillərini qəsb edib və tarixi məkanlar , Qüds Şərif və İordan çayının qərb sahilinə yəhudi və ebri adları verməklə artıq Fələstin xalqının mədəniyyət və tarixi irslərinə qarşı hərtərəfli əməliyyata keçib.

İordan çayının qərb sahili və Qüds Şərif 1967-ci ildən etibarən Sionist rejimin işğalı altındadır və o tarixdən bəri bu məntəqələrin daimi sürətdə işğal etmək məqsədilə şəhərcik salmaya start verilib.

Müəllif : L.Cəvadi
Source : IRIB
Comment