QR CodeQR Code

Rusiya Venesuelaya 4 milyard dollarlıq silah satacaq

29 Nov 2010 14:54

IslamTimes - Bu barədə Venesuela prezidenti Uqo Çavez məlumat verib


FaktXeber-in "Ria Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Venesuella dövləti Rusiyadan 4 milyard ABŞ dolları dəyərində hərbi texnika almaq barədə razılıq əldə edib. Bu barədə məlumatı Venesuella prezidenti Uqo Çavez verib. Onun sözlərinə görə, ümumi dəyəri 4 milyard dollar olan Rusiya silahları, Venesuellaya kredit vasitəsilə veriləcək. Qeyd edək ki, Venesuella Hava qüvvələrinin 90 illiyinə həsr edilən mərasimdə çıxış edən prezident Çavez, bu il oktyabr ayında Rusiyaya səfəri zamanı 4 milyardlıq kredit mövzusunda razılıq əldə olunduğunu söyləyib. "Rusiyaya son səfərim zamanı 4 milyard dollar dəyərində kredit mövzusunda razılaşma əldə etdik. Bu razılaşma ancaq bizim müdafiə sektorunu gücləndirməyi nəzərtə tutur. Ölkəmizi ABŞ və müttəfiqlərinin təhdidindən qorumaq üçün, müdafiə sektoruna böyük sərmayələr qoymağa məcburuq"-deyə Venesuella prezidenti bildirib.
Xatırladaq ki, Venesuella son olaraq Rusiyadan 24 ədəd "S-30MK" Flanker döyüş təyyarəsi, 40 ədəd "Mi-17" nəqliyyat vertolyotu və 10 ədəd "Mi-35" hind döyüş gəmisi və 3 ədəd də "Mi-26T" ağır nəqliyyat helikoöpteri alıb.



Story Code: 45493

News Link :
https://www.islamtimes.org/az/news/45493/rusiya-venesuelaya-4-milyard-dollarlıq-silah-satacaq

Islam Times
  https://www.islamtimes.org