0
Friday 17 April 2015 - 19:29

Cəmil Həsənli Tale Bağırzadəyə dəstək məqsədilə məhkəməyə gedib

Story Code : 455101
Cəmil Həsənli Tale Bağırzadəyə dəstək məqsədilə məhkəməyə gedib
Cəmil Həsənli Tale Bağırzadəyə dəstək məqsədilə məhkəməyə gedib
Bu gün Milli Şuranın sədri Cəmil Həsənli vicdan məhbusu Tale Bağırzadəyə dəstək məqsədilə məhkəməyə gedib
İslamazeri.az-ın verdiyi xəbərə görə, bu gün Milli Şuranın sədri Cəmil Həsənli vicdan məhbusu, ilahiyyatçı Tale Bağırzadəyə dəstək məqsədilə məhkəməyə gedib. Vicdan məhbusu, ilahiyyatçı Hacı Tale Bağırzadənin Bakı Apellyasiya məhkəməsində keçirilməli məhkəməsi baş tutmayıb. Proses ilahiyyatçının qapalı tipli Qobustan həbsxanasına göndərilməsi qərarına verilmiş şikayət əsasında baş tutmalıydı. Prosesin təxirə düşməsinə səbəb isə, ilahiyyatçının məhkəməyə gəlməməsi olub. Qeyd edək ki, prosesi izləmək üçün məhkəməyə ruhaninin dostları, ictimai fəallar, həmçinin Milli Şuranın sədri Cəmil Həsənli də gedib.
Source : Nur.az
Comment