0
Friday 17 April 2015 - 19:35

Mövsüm Səmədova qəzet-jurnal vermək yasaqlanıb

Story Code : 455106
Mövsüm Səmədova qəzet-jurnal vermək yasaqlanıb
Mövsüm Səmədova qəzet-jurnal vermək yasaqlanıb
Dünən Azərbaycan İslam Partiyasının həbsdə olan sədri hacı Mövsüm Səmədov vəkili ilə görüşüb.

İslaminsesi.org-un müxbiri Anar Qasımovla əlaqə yaradaraq hacı Mövsümün durumu ilə maraqlanıb.

Vəkilin sözlərinə görə, müvəkkilinin səhhəti ilə bağlı ciddi şikayəti olmayıb.


- Görüş zamanı onda hansısa narahatlıq hiss etdinizmi?

- Bilirsiniz, hacı mənəvi cəhətdən çox güclü insandır. Problemi olsa belə onu biruzə verməməyə çalışır. Əsas narazılığı isə ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərsiz olması, cərəyən edən hadisələrlə bağlı məlumatsız qalmasıdr.

Bilirsiniz ki, ciddi rejimli qapalı Qobustan həbsxanasında ona qəzet və jurnalların verilməsi qadağan olunub. Mənimlə söhbətində ilk növbədə son yeniliklərlə maraqlandı, dostlarına və yaxınlarına salam göndərdi.


- Siz Mövsüm Səmədovun məhkəmə sənədlərini Avropa məhkəməsinə təqdim etmisiniz. Bu istiqamətdə hansısa müsbət yenilik varmı?

- Biz Avropa məhkəməsinə onunla bağlı iki iş göndərmişik, bir iş üzrə komunikasiya mərhələsi başa çatıb, veriləcək əsas qərarı gözləyirik, o biri işlə ələqədar isə hələ ki, mühüm prosedurlar başlamayıb. Ümid edirik ki, yaxın zamanda bu məsələ ilə bağlı müsbət yenilik eşidəcəyik.
Source : Islaminsesi
Comment