0
Tuesday 30 November 2010 - 09:49

“Həcc – Allahın möcüzəsidir”

Story Code : 45556
Obama ailəsi Həcdə
Obama ailəsi Həcdə
Amerika prezidenti Barak Obamanın əmisi Səid Hüseyn Obama bildirib ki, milyonlarla insanın eyni vaxtda ziyarət üçün müqəddəs Kəbə ətrafına toplaşması, insanın öz gözləri ilə Məkkəni görməyənə qədər təsəvvür edə bilməyəcəyi bir möcüzədir, - “İslam.ru” xəbər verir.
O qeyd edib ki, Kəbə evi insanı özünə olduqca valeh edir və onun özündə bir əzəmət yatır. Səid Obama, Amerika prezidentinin nənəsi və bir neçə ailə üzvü ilə birlikdə müqəddəs Həcc ziyarətini yerinə yetirdikdən sonra verdiyi müsahibəsində bu sözləri qeyd edib.
Qeyd edək ki, bundan öncə Barak Obamanın nənəsi bildirmişdi ki, Həccdə olan zaman nəvəsinin İslama qayıtması üçün dua edib. /Deyerler/
Comment