0
Tuesday 30 November 2010 - 10:04

Misirdə qanlı seçki

Story Code : 45560
Misirdə qanlı seçki
Misirdə qanlı seçki
Misirdə dünən parlament seçkiləri keçirilib. Prezident Hüsnü Mübarəkin rəhbəri olduğu Milli Demokratik Partiyanın seçkidə qalib gəldiyi bildirilir. Qanunsuz elan edilən və seçkilərdə müstəqil namizədlərlə iştirak edən müxalif Müsəlman Qardaşlar Hərəkatın neçə mandat qazandığı isə bəlli deyil. Seçki günü ölkənin bir çox məntəqələrində gərginlik yaşanıb. Qahirə və Münifiyyədə iki nəfər öldürülüb. Portsaid şəhərində də "Müsəlman Qardaşlar"la polis arasında toqquşma olub, 15 nəfər yaralanıb. 12 seçki dairəsində seçkilər dayandırılıb. Qeyd edək ki, Misirdə 518 yerlik parlamentin 508-inə deputatı xalq seçir, 10 deputatı isə prezident təyin edir. /trt/
Comment