QR CodeQR Code

İran-“5+1” danışıqları Cenevrədə baş tutacaq

30 Nov 2010 11:40

IslamTimes - İran tərəfi Tehranın dinc nüvə proqramı ətrafında “5+1” ölkələri (Rusiya, Çin, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya) ilə danışıqların Cenevrədə aparılmasına razılaşıb.


Bu barədə İranın Moskvadakı səfiri Seyyid Muhəmməd Rza Səccadi məlumat verib.
“Danışıqların aparılması tarixi dekabrın 5-nə, yeri isə Cenevrə olaraq müəyyən olunub. Biz Türkiyə, İstanbulu təklif edirdik, lakin danışıqlarda iştirak edən tərəflər Cenevrəni istədiklərinə görə, biz bundan imtina etmədik. Bizim üçün bütün bunlar böyük əhəmiyyət kəsb etmir”, - deyə səfir qeyd edib. /Deyerler/


Story Code: 45575

News Link :
https://www.islamtimes.org/az/news/45575/iran-5-1-danışıqları-cenevrədə-baş-tutacaq

Islam Times
  https://www.islamtimes.org