0
Tuesday 30 November 2010 - 11:48

Hillari Klinton Türkiyədən üzr istəyib

Story Code : 45576
Hillari Klinton Türkiyədən üzr istəyib
Hillari Klinton Türkiyədən üzr istəyib
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, ABŞ dövlət katibi Hillari Klintonun, «Wikileaks»də yayımlanan sənədlərlə bağlı Türkiyədən, hökumətdən və baş nazir Rəcəb Tayyib Ərdoğandan üzr istədiyini bildirib.
Bu barədə Davudoğlu Klinton ilə görüşünün nəticələrindən danışarkən bildirib.
«Wikileaks mövzusunu təbii ki, göz ardı edə bilməzdik və ilk öncə bu mövzu müzakirə olundu. Sadəcə Türkiyə deyil, bir çox ölkə ilə bağlı minlərlə sənəddən söhbət gedir. Biz bu sənədlərin həqiqiliyinin müzakirə edəcək durumda deyilik. Bu bizim müzakirə edəcəyimiz bir mövzu deyil, ABŞ-ın özü ilə bağlı bir məqamdır, onlar da bunu rədd etmirlər. Klinton bununla bağlı Türkiyədən, hökumətdən və baş nazir Rəcəb Tayyib Ərdoğandan üzr istədi… O qeyd etdi ki, internetdə dərc olunmuş sənədlər siyasi liderlərin mövqelərini əks etdirmirlər», deyə Davudoğlu vurğulayıb. /apa/
Comment