0
Tuesday 21 April 2015 - 21:22

İran Ərəbistana nota verdi

Story Code : 455887
İran Ərəbistana nota verdi
İran Ərəbistana nota verdi
Bu barədə məlumatı İran XİN sözçüsü Mərziyə Əfxəm yayıb. Nazirliyə dəvət olunan müvəqqəti işlər vəkilinə xəbərdarlıq olunduğunu deyən Əfxəm bildirib ki, diplomatdan faktla bağlı qane edici açıqlama tələb olunub. Əfxəm, Səudiyyə Ərəbistanı və Yəmənə qarşı olan koalisiya qüvvələrinin hava hücumu nəticəsindı meydana gələ biləcək tələfat və zərərə görə beynəlxalq hüquq müstəvisində məsul olduqlarını və Yəməndəki iranlı diplomatların təhlükəsizliyinin təminat altına alınmasına məcbur olduqlarını vurğulayıb.

İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahyan faktla bağlı dövlət telekanalında verdiyi açıqlamada Səudiyyə Ərəbistanına beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və diplomatik missiyaya hörmət etməsi üçün müraciət edib.

“Səfirliyimiz Sənada fəaliyyətinə davam edəcək. İran səfirliyinin diplomatik korpusuna ziyan vuracaq hər cür hadisəyə görə Yəmənə hücum edən Səudiyyə Ərəbistanı məsuldur”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının rəhbərliyindəki koalisiya qüvvələrinin Yəməndə həyata keçirdiyi bombardımanda paytaxt Sənadakı İran səfirliyinin yaxınlığında bomba partlayıb. Hədisə nəticəsində insan tələfatı olmasa da səfirlik binasının şüşələri sınıb.
Source : Ans
Comment