QR CodeQR Code

Mursiyə 20 il həbs cəzası verdilər

Ans , 21 Apr 2015 20:14

İslamtimes - Misirin keçmiş prezidenti kütləvi qətllərdə günahlandırılır


Misir məhkəməsi respublikanın keçmiş başçısı Məhəmməd Mursiyə 20 il həbs cəzası kəsib.

Mursi 2012-ci ilin dekabr ayında prezident iqamətgahı qarşısında toplanan etirazçıları öldürən Müsəlman Qardaşları tərəfdarlarını qızışdırmaqda günahlandırılır.

Mursi hakimiyyətdən 2013-ci ildə baş vermiş hərbi çeviriliş yolu ilə salınıb.

Onun mənsub olduğu Müsəlman Qardaşlar təşkilatı qadağan edildi, minlərlə üzvü həbs olundu, yüzlərlə üzvü isə edama məhkum edildi.


Story Code: 455921

News Link :
https://www.islamtimes.org/az/news/455921/mursiyə-20-il-həbs-cəzası-verdilər

Islam Times
  https://www.islamtimes.org