0
Wednesday 22 April 2015 - 13:55

Misiri etiraz dalğası bürüdü

Story Code : 456011
Misiri etiraz dalğası bürüdü
Misiri etiraz dalğası bürüdü
Şiddətli toqquşmalar, əsasən, Mursi tərəfdarlarının məhkəmənin qərarına qarşı etiraz aksiyası keçirdiyi Qahirənin Əl Mənsuriyə rayonunda baş verib.

Məlumata görə, hadisə yerinə cəlb olunmuş polis qüvvələri gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtmağa çalışdıqda etirazçılardan biri atəş asayiş keşikçilərinə açıb. Nəticədə bir polis zabiti yaralanıb. Etirazçılardan 15 nəfəri saxlanılıb.

Təhrir meydanında istehkamçıların naməlum şəxslər tərəfindən quraşdırılmış 2 partlayıcı qurğunun zərərsizləşdirdiyi bildirir.

Həmçinin Mursi tərəfdarları etiraz əlaməti olaraq Qahirənin ətrafındakı dairəvi yolu bağlayıblar. Etirazçıların Qahirənin Əlf Maskan və Qisr Suis rayonlarında toplaşaraq yolu bağladığı, avtomobil təkərləri yandırdığı bildirilir.

Qeyd edək ki, Qahirə məhkəməsi Məhəmməd Mursini 20 il müddətinə həbs cəzasına məhkum edib.
Source : Nur.az
Comment