QR CodeQR Code

İraq aviasiyasının raket zərbələri nəticəsində 100-ə yaxın İŞİD terrorçusu məhv edilib

22 Apr 2015 23:33

IslamTimes - İraqın Hərbi Hava Qüvvələrinə məxsus olan qırıcı təyyarələrin İŞİD terror qruplaşmasının Əl-Ənbar vilayətində yerləşən mövqelərinə endirdiyi aviazərbələr nəticəsində 100-ə yaxın İŞİD terrorçusu məhv edilib.


"RealnieNovosti"-nin verdiyi xəbərə görə, İraqın Müdafiə Nazirliyindən bildiriblər ki, Əl-Ənbar vilayətində aviasiya əməliyyatları ilə yanaşı quru qoşunların irəliləməsi də davam edir. Son sutka ərzində bu əməliyyatlar çərçivəsində İŞİD terror qruplaşmasının 101 ədəd partlayıcı qurğusu aşkarlanaraq zərərsizləşdirilib. /Deyerler/


Story Code: 456087

News Link :
https://www.islamtimes.org/az/news/456087/iraq-aviasiyasının-raket-zərbələri-nəticəsində-100-ə-yaxın-işid-terrorçusu-məhv-edilib

Islam Times
  https://www.islamtimes.org