QR CodeQR Code

İraqda 6 mindən çox yəzidi İŞİD tərəfindən girov götürülüb

23 Apr 2015 23:07

IslamTimes - İraqın yəzidilər qəbiləsinin nümayəndəsi Şeyx Şamu Şeyxu bəyan edib ki, İŞİD terror qruplaşması 6 mindən çox yəzidini girov götürüblər.


Şeyxu qeyd edib ki, İŞİD terror qruplaşmasının qətlə yetirdiyi yəzidilərin dəqiq sayı haqında məlumat yoxdur. "Ümumilikdə İŞİD terror qruplaşması 3 mindən çox yəzidini Sincar rayonunda qətlə yetiriblər. Onların arasında xeyli sayda qadın və uşaqlar olub", - deyə o, bildirib. Bunula yanaşı yəzidilərin İraq parlamentində nümayəndəsi bildirib ki, İŞİD girovluğunda azad olmağa bacaran insanların sözlərinə görə, bu terror qruplaşması girovlara qarşı ən acımasız işgəncə metodlarından istifadə edir. /Deyerler/


Story Code: 456248

News Link :
https://www.islamtimes.org/az/news/456248/iraqda-6-mindən-çox-yəzidi-işid-tərəfindən-girov-götürülüb

Islam Times
  https://www.islamtimes.org