QR CodeQR Code

İrandan Bakıya xoş xəbər

Ans , 24 Apr 2015 13:12

İslamtimes - "İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb".


Bunu İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi sərhəd keçid məntəqələrində Azərbaycan Respublikası vətəndaşları üçün məhdudiyyət qoyulması ilə bağlı yayılan xəbərləri təkzib edərkən bildirib.

"İran Azərbaycan vətəndaşları ilə bağlı heç bir məhdudiyyət qoymayıb. O, İran İslam Respublikasının Azərbaycan və İran xalqları arasında əlaqələrın güclənməsində maraqlı olduğunu vurğulayaraq, əlavə etmişdir ki, Azərbaycan vətəndaşları viza rejiminin ləğv olunması haqqında qanundan istifadə edərək, istənilən zaman İrana səfər edə bilərlər.
Ayətullahi bildirmişdir ki, İran nəinki Azərbaycan vətəndaşlarının İrana səfərinə məhdudiyyət qoyulmasını istəmir, hətta gediş-gəlişin asanlaşdırılması üçün sərhəd keçid məntəqələrinin iş saatını artırmışdır".


Story Code: 456321

News Link :
https://www.islamtimes.org/az/news/456321/irandan-bakıya-xoş-xəbər

Islam Times
  https://www.islamtimes.org