QR CodeQR Code

Dünyanın 1 nömrəli xüsusi təyinatlıları (FOTO)

24 Apr 2015 21:04

IslamTimes - Ramazan Kadırovun komandası İordaniyada fərqlənib


Hərb İordaniyada keçirilən xüsusin təyinatlıların yarışı başa çatıb. ANS PRESS-in məlumatına görə, aprel ayının 18-dən İordaniyanın paytaxtı Əmmanda start götürən Beynəlxalq Xüsusi Təyinatlı Qüvvələrin yarışında ötən illərdən fərqli olaraq, bu dəfə çeçenlərdən ibarət Rusiya xüsusi təyinatlıları birinciliyə layiq görülüb və qalib komanda 250 min dollar pul mükafatı qazanıb. Bu barədə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov “Instagram” sosial şəbəkəsində xəbər verib. Yarışda iştirakçılar müxtəlif normativlərni öhdəsində gəliblər. Belə ki, onlar 150 metr məsafədə olan maneələri aşmaq, meydana çıxan hədəfləri avtomatla vurmaq, eləcə də səkkiz mərtəbəli binaya sürətli şəkildə qalxmaq tələb olunub. İordaniyanın kralı II Abdullanın özü də keçmiş xüsusi təyinatlı döyüşçü olduğu üçün bu yarışlara böyük maraq göstərir. Qeyd edək ki, bundan əvvəlki yarışlarda Çinin xüsusi təyinatlı qüvvələri turnirin fəxri mükafatını əldə etmişdilər.


Story Code: 456371

News Link :
https://www.islamtimes.org/az/news/456371/dünyanın-1-nömrəli-xüsusi-təyinatlıları-foto

Islam Times
  https://www.islamtimes.org