QR CodeQR Code

BMT Yəmənə yeni xüsusi nümayəndə təyin etdi

25 Apr 2015 19:51

IslamTimes - Birləşmiş Millətlər Təşkilatı Yəmənə yeni xüsusi nümayəndəsini təyin edib.


Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, BMT baş katibi Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının məktub göndərərək İsmayıl Uld Şeyx Əhmədi bu vəzifəyə təklif edib. BMT-nin Ebolaya Təcili Müdaxilə missiyasının (UNMEER) cari rəhbəri İsmayıl Uld Şeyx Əhməd bu vəzifəyə təyin olunacağı təqdirdə Yəməndə münaqişənin həlli üzrə nəzərdə tutulan aparıcı danışıqlar onun üzərinə həvalə olunacaq. BMT-nin son namizədi nəzərdən keçirmək üçün 48 saat vaxtı var. BMT-nin Yəməndəki xüsusi nümayəndəsi Camal Bin Ömər Səudiyyənin Yəmənə təcavüzndən bir həftə sonra ölkədə böhranın gərginləşməsi fonunda postundan istefa vermişdir. /Deyerler/


Story Code: 456380

News Link :
https://www.islamtimes.org/az/news/456380/bmt-yəmənə-yeni-xüsusi-nümayəndə-təyin-etdi

Islam Times
  https://www.islamtimes.org