QR CodeQR Code

Con Kerri Yəməndə danışıqların başlanmasını istəyir

25 Apr 2015 20:10

IslamTimes - ABŞ dövlət katibi Con Kerri Yəməndə qarşıdurmalarda yer alan tərəflər arasında müzakirələrin başlanmasını istəyib.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Con Kerri aprelin 24-də Yəmənin Ənsarullah Hərəkatı və müttəfiqlərindən Yəməndəki böhrana son qoymaq üçün Milli Vəhdət Hökuməti qurmaq istiqamətində sülh danışıqlarının başlanmasını istəyib. Kerri danışıqlara qoşulmaqla bağlı Səudiyyənin tərəfi kimi bu istiqamətdə addım atdığını və Ənsarullahın da digər tərəf olaraq danışıqlara qoşulmaq istiqamətində addım atmalı olduğunu bildirib. /Deyerler/


Story Code: 456509

News Link :
https://www.islamtimes.org/az/news/456509/con-kerri-yəməndə-danışıqların-başlanmasını-istəyir

Islam Times
  https://www.islamtimes.org