QR CodeQR Code

ABŞ-da növbəti etiraz aksiyası

27 Apr 2015 23:09

IslamTimes - ABŞ-ın Baltimor şəhərində qara dərili sakinin öldürülməsinə etiraz məqsədi ilə keçirilən aksiyada saxlanılan şəxslərin sayı 34-ə çatıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xəsarət alıblar. Qeyd edək ki, əvvəl 12 nəfərin saxlanıldığı bildirilirdi. Xatırladaq ki, aprelin 12-də polis tərəfindən saxlanılan Freddi Qreyin bir həftə sonra xəstəxanada vəfat etməsi yerli sakinlərin ciddi etirazlarına səbəb olub. 25 yaşlı F. Qrey polis əməkdaşlarından qaçmağa cəhd edərkən saxlanılıb. Polislər bir müddət onun yerdən qalxmasına imkan verməyiblər. Polis məntəqəsində gətirilən F. Qrey hakim müayinəsindən keçərkən məlum olub ki, onun bir neçə qabırğası sınıb. O, komaya düşərək, kliniki ölüm keçirib. F. Qrey əməliyyat olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.


Story Code: 456957

News Link :
https://www.islamtimes.org/az/news/456957/abş-da-növbəti-etiraz-aksiyası

Islam Times
  https://www.islamtimes.org