QR CodeQR Code

İran nüvə enerjisindən dinc məqsədlərlə istifadə edəcəyini sübuta yetirib

2 Dec 2010 10:36

IslamTimes - 5+1 ilə İran danışıqları dekabrın 6-da Cenevrədə baş tutmalıdır.


"İslamTimes"-ın "BBC"-yə istinadən verdiyi xəbərə əsasən, bu danışıqlar ötən ilin payızından indiyədək ilk danışıq olacaq. Danışıqlarda İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etməsi müzakirə ediləcək. Rəsmi Tehran dəfələrlə nüvə texnologiyasından yalnız sülh məqsədlərlə istifadə etmək niyyətində olduğunu vurğulayıb.
BMT bunu müxtəlif yolla dəqiqləşdirməyə səy göstərir.
Mahmud Əhmədinejad şimal məntəqəsindəki çıxışı zaman deyib: “Bizim boynumuza kəndir salmaq istəyənlərin öz boyunlarına kəndir sarılacaq”.
Nəzərinizə çatdıraq ki, indiyədək MAQATE-nin müxtəlif hesabatlarında İranın hər hansı bir qanun pozuntusuna yol vermədiyi sübuta yetib.
İran dövləti ölkə daxilindəki AES-lərə baxış keçirmək üçün MAQATE ilə hərtərəfli əməkdaşlıq edib.


Story Code: 45704

News Link :
https://www.islamtimes.org/az/news/45704/iran-nüvə-enerjisindən-dinc-məqsədlərlə-istifadə-edəcəyini-sübuta-yetirib

Islam Times
  https://www.islamtimes.org