0
Tuesday 28 April 2015 - 23:12

İtaliyadan AB-yə tərs şillə: “Rusiyanın yanındayıq”

Story Code : 457167
İtaliyadan AB-yə tərs şillə: “Rusiyanın yanındayıq”
Axar.az xəbər verir ki, bu açıqlama ilə İtaliya İqtisadi İnkişaf nazirliyinin ticarət siyasəti idarəsinin rəhbəri Federiko Eyxberg çıxış edib. O, Rusiyanın İtaliya üçün etibarlı tərəfdaş olduğunu bildirib: “İtaliya fevraldan bu yana açıq və dəqiq şəkildə söyləyir: Nazirlər Kabinetimiz Rusiyaya qarşı sanksiyaların uzadılması üçün səs verməyəcək. Biz Rusiyaya, firavan ölkəyə və etibarlı tərəfdaşa inanırıq”. Qeyd edək ki, Ukrayna şərqində baş verən hadisələrdən sonra Rusiya ilə Qərb arasında əlaqələr pisləşib. Avropa Birliyi və ABŞ Rusiyanın bəzi vətəndaşlarına və şirkətlərinə qarşı sanksiyalar qəbul edib. Bu sanksiyaların müddəti isə iyulda sona çatacaq.
Comment