QR CodeQR Code

"Erməni soyqırımı"nı tanıyan Papa Türkiyəyə dəvət olundu

28 Apr 2015 23:20

IslamTimes - Türkiyə iqtisadiyyat nazirinin müavini Adnan Yıldırım, 1915-ci il hadisələrini "soyqırım" adlandıran Roma Papasını Expo 2015 Türkiyə mərasiminə dəvət edib.


Deyerler.org-Sputnik-ə istinadən verdiyi xəbərə görə, Vatikanın Expo 2015 komissarı, eyni zamanda Papalıq Mədəniyyət Şurasının sədri kardinal Gianfranco Ravasi dəvətə müsbət cavab verib. "Türkiyə rəsmisinin şərhlərini maraqla oxudum. Vatikan delegasiyası Expo mərasimləri ərzində keçiriləcək bəzi fəaliyyətlərə qatılacaq. Açılış mərasimindən sonra deleqasiyamız Türkiyənin dəvətini məmnuniyyətlə qəbul edəcək". Qeyd edək ki, İtalya mətbuatı Türkiyənin dəvətinin Vatikana qarşı "buzların əridiyi" kimi şərh edir. /Deyerler/


Story Code: 457171

News Link :
https://www.islamtimes.org/az/news/457171/erməni-soyqırımı-nı-tanıyan-papa-türkiyəyə-dəvət-olundu

Islam Times
  https://www.islamtimes.org