QR CodeQR Code

İran saxladığı yük gəmisini azad edib

28 Apr 2015 23:23

IslamTimes - İran bir neçə saat əvvəl saxladığı Marşal adalarının bayrağı altında üzən ABŞ yük gəmisini azad edib.


Bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb. İranın “Tasnim” informasiya agentliyi ABŞ gəmisinin saxlanılmasının arxasında heç bir siyasi və ya hərbi motivin olmadığını qeyd edir. Gəminin sahibi olan şirkət onun göyərtəsində ABŞ vətəndaşlarının olmadığını bildirib. Məlumata görə, gəmi komandasına Şərqi Avropa və Asiya nümayəndələri daxildir. Qeyd edək ki, Marşal adaları Sakit okeanda yerləşən müstəqil dövlətdir, 1986-cı ildən ABŞ ilə assosiasiya statusuna malikdir. Marşal adaları suverenliyini qorumaqla təhlükəsizlik və müdafiə sahələri daxil olmaqla bir sıra mühüm hüquqlarını ABŞ-a verib.


Story Code: 457173

News Link :
https://www.islamtimes.org/az/news/457173/iran-saxladığı-yük-gəmisini-azad-edib

Islam Times
  https://www.islamtimes.org