QR CodeQR Code

Rus mafiyası PKK-ya silah satıb

3 Dec 2010 09:29

IslamTimes - Wikileks-ın açıqladığı yeni sənədlərdə rus mafiyasının PKK-ya silah satdığı bildirilir.


"Wikileaks" əldə etdiyi gizli yazışmalardan 600-nü açıqlayıb.
Açıqlanan son sənədlərdə Rusiya, Azərbaycan və Qazaxıstanla bağlı iddialar yer alıb.
Bu iddialardan birinə görə, rus mafiyası PKK-ya silah satıb.
Amerikalı diplomatlar yazışmalarında "Rusiya hardasa bir mafiya dövlətinə çevrilib. Rusiya rəsmiləri və iş adamları mütəşəkkil cinayətkar qruplarla birlikdə ölkəni mafiya dövlətinə çevirmək üçün çalışır" yazıblar.
Yeni yayımlanan sənədlərdə həmçinin ABŞ-PKK əlaqələrinə dair iddialar da var. "Wikileaks" sənədlərinin hamısını əldə edən İngiltərənin "Guardian" qəzeti ABŞ-PKK əlaqələrinə dair məlumatların olduğunu və bunları yaxın zamanlarda açıqlayacağını bəyan edib. /trt/


Story Code: 45780

News Link :
https://www.islamtimes.org/az/news/45780/rus-mafiyası-pkk-ya-silah-satıb

Islam Times
  https://www.islamtimes.org