0
Saturday 2 May 2015 - 14:28

Bu gün Həzrət İmam Əlinin (ə) mövlud günüdür

Story Code : 457851
Bu gün Həzrət İmam Əlinin (ə) mövlud günüdür
Bu gün Həzrət İmam Əlinin (ə) mövlud günüdür
Əmirəl-möminin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa məlumat
Həzrət Əli (əleyhissəlam) «Amul-fil»-in (fil ilinin) otuzuncu ilində (hicrətdən iyirmi üç il əvvəl) rəcəb ayının on üçü Kəbə evində dünyaya göz açmışdır. Atası Əbutalib, anası Fatimə Əsəd qızı olmuşdur. Hicrətin qırxıncı ili ramazan ayının iyirmi birində Kufə şəhərində şəhadətə qovuşmuşdur. Müqəddəs məzarı Nəcəf şəhərindədir.

ƏSİL-NƏSƏB


Nəzər əhli üzü bu gün Kəbəyə,
Pərdədən süzülür Allahın nuru.
Qiblədən sıyrılır qiblənümamız,
Arzular çin olur, könüllər duru.

Təhqiqatçı alim höccətül-İslam Nəyyir deyir:

Ey Kəbə evində göz açan insan,
Gövhərsən, cisminin sədəfi Məkkə.
Kəbədə mövludun heyrət doğurdu,
Haqqın evi saldı üstünə kölgə.

Həzrətin atası Əbu-Talib ibn Əbdül-Müttəllib ibn Haşim ibn Əbdül-Mənaf, anası Fatimə binti Əsəd ibn Haşim olmuşdur. Göründüyü kimi, həzrət Əli (ə) həm ata, həm də ana tərəfdən Haşimi soyundandır. Əbu-Talibin həzrət Əlidən (ə) başqa daha üç oğlu olmuşdur: Talib, Əqil və Cəfər.
Amma həzrət Əlinin mövludu, dünyaya gəlişi o biri qardaşlarının dünyaya gəlişindən fərqli olmuşdur. Bu doğuş maraqlı və mənəvi dəyişikliklərlə müşayiət olunmuşdur. Həzrətin anası allahpərəst olmuş və İbrahimin Hənif dinində həyat sürmüşdür. Bu qadın daim Allah dərgahına münacat etmiş və qarşıdakı doğuşun asan keçməsi üçün Allaha yalvarmışdır. Fatimə bu uşağa hamilə olduğu vaxt özünü ilahi nura qərq olmuş vəziyyətdə hiss etmiş, sanki bu körpənin başqa övladlardan fərqləndiyi barədə fələklərdən ilham almışdır.
Source : Nur.az
Comment