QR CodeQR Code

Ənsarullahdan BMT-yə kəskin etiraz

Deyerler , 4 May 2015 08:19

Islamtimes - Yəmənin Ənsarullah hərəkatı BMT Təhlükəsizlik Şurasının Yəmən böhranına qarşı mövqeyini tənqid edib.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Ənsarullah hərəkatı yüksək vəzifəli rəsmisi Dayfullah əş-Şami bu gün açıqlama verərək BMT Təhlükəsizlik Şurasının Yəməndə müharibədən əziyyət çəkənlərə yardım mövzusunda sessiyanın nəticəsiz qalmasına münasibət bildirib.

Dayfullah əş-Şami BMT Təhlükəsizlik Şurası üçün cinayətkarları dəstəkləməyin insan haqlarından daha mühüm olduğunu bildirib.

Ənsarullah rəsmisi Səudiyyə döyüş təyyarələrinin hərbi hücumlarının artması, dinc yaşayış bölgələrin daha çox bombalanması və blokadanın intensivləşməsinin BMT Təhlükəsizlik Şurasının Yəməndəki müdaxiləsinin nəticələri olduğunu bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının dünən Yəməndə humanitar böhran məsələsi mövzusunda Rusiyanın təklifi ilə fövqəladə və bağlı qapılar arxasında keçirilən iclası baş tutsa da, nəticəsi başa çatıb.


Story Code: 458181

News Link :
https://www.islamtimes.org/az/news/458181/ənsarullahdan-bmt-yə-kəskin-etiraz

Islam Times
  https://www.islamtimes.org