0
Monday 4 May 2015 - 09:37

İran: “Ankara özünü atəşə atdı”

Story Code : 458203
İran: “Ankara özünü atəşə atdı”
İran: “Ankara özünü atəşə atdı”
Bu sözlər İranın dövlət kanalı Press TV-də səsləndirilib. Kanal rəsmi Ankaranın Suriyanın müxalif qüvvələrinə hərbi təlim keçməklə bağlı açıqlamasına reaksiya verib:

“Türkiyə dəfələrlə Azad Suriya Ordusunu və İŞİD-i dəstəkləməkdə günahlandırıldı. Ankara eyni zamanda İŞİD-in irəliləməsinin qarşısını almaq üçün səy göstərmədi və terrorçuların öz ərazisindən Suriyaya keçməsinə icazə verdi. Məhz bu səbəblərə görə atəş altına girdi”.

Qeyd edək ki, Türkiyə hərbçiləri Suriyanın müxalif qüvvələrindən olan 2 min əsgərə hərbi təlim keçəcək.
Source : Axar
Comment