QR CodeQR Code

Xanım Zeynəb (ə) – Aşura qiyamının fəryadı…

Nur.az , 4 May 2015 09:47

Islamtimes - Bu gün Kərbəla qiyamının mühüm simalarından olan xanım Zeynəbin vəvat günüdür.


Xanım Fatimə (s.ə) və Həzrət Əlinin (ə) icdivacından dünyaya gəlmiş Xanım Zeynəb (ə) Kərbəla qəhrəmanı kimi tarixə adını yazıb. O xanım Mədinədə doğulub. Beş yaşında anasını itirib. Həzrət Zeynəb (ə) əmisi oğlu Abdulah ibn Cəfərlə ailə qurub. “Əqilə”, “Siddiqeyi-Kubra”, “Fazilə” və s. adlarla tanınıb.
Qardaşı İmam Hüseynin (ə) imamət dövrü Xanım Zeynəbin (ə) həyatının ən ağır dövrü olub. Kərbəlada üzücü hadisələrdə iştirakı, gözləri qarşısında imam və digər ən yaxın insanlarının şəhadəti Xanım Zeynəbdən (ə) böyük dözüm istəyirdi. Xanım Zeynəb (ə) bu hadisələrə nəinki dözdü, hətta Aşura qiyamını davam etdirdi. Kərbəla faciəsi zamanı xanım Zeynəbin (ə) 55 yaşı vardı. Onun əsir karvanında, Kufə və Şamdakı çıxışları mübarizə tarixinin misilsiz şüarlarıdır. Xanım Zeynəb (ə) hicri-qəməri 62-ci ildə, rəcəb ayının 15-də dünyasını dəyişdi. Müsəlman dünyası bu əzəmətli insanın fədakarlıqları ilə iftixar duya bilər!


Story Code: 458205

News Link :
https://www.islamtimes.org/az/news/458205/xanım-zeynəb-ə-aşura-qiyamının-fəryadı

Islam Times
  https://www.islamtimes.org