QR CodeQR Code

Yardım Türkiyədən, təşəkkür Almaniyaya

3 Dec 2010 21:03

IslamTimes - İsrailin Xarici İşlər Naziri Aviqdor Liebrman, işğal edilmiş Fələstin torpaqlarında baş vermiş böyük meşə yanğını haqqında danışıb.


"IslamTimes"-ın verdiyi xəbərə əsasən, Liberman xaricdən göstərilən köməklər barədə deyib: “Biz Türkiyə iki təyyarə göndərdiyinə görə Almaniyaya təşəkkür edirik”.
İşğalçı İsrail Türkiyənin yardımının onun dünyadakı nüfuzunun artacağına səbəb olmasından qorxaraq, məsələni ört-basdır etməyə çalışıb.
Liberman, Türkiyə təyyarələrinin köməyə gəlməsini Almaniya hökumətinin cəhdləri nəticəsində baş tutduğunu söyləyib.
Baş vermiş yanğınla əlaqədar İsrail radiosu ilə danışan Liberman Türkiyədən iki yanğınsöndürmə təyyarəsinin göndərilməsi barədə bunları söyləyib:
"Almaniyaya təşəkkür etməliyik. Onlarla danışdıq. Amma onlarda hazırda yanğın söndürmə təyyarələrinin olmadığı məlum oldu. Onlar Türkiyənin kömək edə biləcəyini söylədi."


Story Code: 45823

News Link :
https://www.islamtimes.org/az/news/45823/yardım-türkiyədən-təşəkkür-almaniyaya

Islam Times
  https://www.islamtimes.org