QR CodeQR Code

İranda alimin qətlində şübhəli bilinən şəxslər saxlanılıb

4 Dec 2010 07:29

IslamTimes - ŞOK: İrandakı terrorun arxasında İsrailin "Mossad", Böyük Britaniyanın Mİ-6 və ABŞ-ın MKİ kəşfiyyat idarələri durur


Bazar ertəsi Tehranda baş verən partlayışlara görə məsuliyyət daşıyan və məşhur nüvə aliminin qətlində şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə İran İslam Respublikasının kəşfiyyat naziri Heydər Müslehi bildirib. Məlumatı ILNA agentliyi yayıb.
Onun sözlərinə görə, bu partlayışların arxasında İsrailin "Mossad", Böyük Britaniyanın Mİ-6 və ABŞ MKİ kəşfiyyat idarələri durur. Həbs olunanlar öz fəaliyyətlərinin detalları barədə nazirliyə məlumat veriblər.
Nazir qeyd edib ki, terror şəbəkəsi geniş plan hazırlayıb, lakin nazirlik onun həyata keçirilməsinə mane ola bilər.
O, həmçinin əlavə edib ki, şübhəlilər qətldə əlbir olan və daha "irimiqyaslı əməliyyatlar" keçirməyi planlaşdıran "əsas qrupun" bir hissəsidir.


Story Code: 45825

News Link :
https://www.islamtimes.org/az/news/45825/iranda-alimin-qətlində-şübhəli-bilinən-şəxslər-saxlanılıb

Islam Times
  https://www.islamtimes.org