0
Wednesday 6 May 2015 - 18:54

Әl-Nüsrət cəbhəsi Qələmundan geri çəkilməyə məcbur olub

Story Code : 458877
Әl-Nüsrət cəbhəsi Qələmundan geri çəkilməyə məcbur olub
Әl-Nüsrət cəbhəsi Qələmundan geri çəkilməyə məcbur olub
Nur-az.com shia-news.com-a istinadən:
Suriyanın Qələmun məntəqəsində yerləşən terrorist ünsürlər ardıcıl məğlubiyyətlərdən sonra, nəhayət, Hizbullahla atəşkəsə razılaşaraq geri çəkilməyə məcbur olublar. Məntəqədə əl-Nüsrət, İŞİD, Suriya Azadlıq Ordusu və digər terrorist qrupları fəaliyyət göstərsələr də, qışdan etibarən ardıcıl məğlubiyyətləri onları atəşkəsə vadar edib.
Әl-xəbər Press yazır ki, Türkiyə və İsrailin bu qruplara mütəmadi hərbi-maddi yardımlarına, hətta əlavə qüvvə yollamalarına rəğmən, əksər əməliyyatlar nəticəsiz qaldığından yaranan vəziyyət terrorist ünsürlərlə yanaşı hər iki ölkəyə də, gözlənilməz zərbə sayılır.
Həmin istiqamətdə gedən əməliyyatlarda Suriya təhlükəsizlik qüvvələri tərəfindən Dəməşq ətrafında əl-Nüsrətə mənsub daha bir qrup tamamilə məhv edilib.
Source : Nur.az
Comment