QR CodeQR Code

Lavrovdan Moskvaya gəlməyən liderlərə sərt sözlər

Axar , 6 May 2015 19:00

İslamtimes - Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünya liderlərini sərt tənqid edib.


O, Qırmızı Meydanda təşkil olunacaq 9 May Qələbə gününün 70-ci ildönümü münasibəti ilə dünya liderlərinə göndərilən dəvətin əsgərlik çağrış vərəqəsi olmadığını deyib.

Bəzi dünya liderlərinin Moskva ziyarətinə müsbət cavab verməməsi ilə bağlı sualı cavablandıran şimal qonşumuzun baş diplomatı dəvətin səmimi olduğunu bildirib:

“Faşist Almanyasına qarşı Böyük Vətən müharibəsində Sovet İttifaqının qazandığı zəfərin 70 illik yubileyi Rusiya xalqı üçün böyük əhəmiyyət kəsb edir. Qələbə bayramı üçün Moskvaya edilən dəvət əsgərlik çağırış vərəqəsi deyil, dostlarımıza göndərdiyimiz bir dəvətdir. Əgər bəzilərinin bunun xaricində bir planı varsa, bunu anlayışla qarşılayarıq”.

Xatırladaq ki, bu il Qırmızı Meydanda keçiriləcək mərasimə 68 dövlət və hökumət başçısı, BMT, AB və UNESCO nümayəndəsi dəvət edilib. Lakin mərasimlərə 25-ə qədər liderin qatılması gözlənilir.


Story Code: 458878

News Link :
https://www.islamtimes.org/az/news/458878/lavrovdan-moskvaya-gəlməyən-liderlərə-sərt-sözlər

Islam Times
  https://www.islamtimes.org