QR CodeQR Code

Kremldən Ərdoğan açıqlaması

M.atv.az , 7 May 2015 11:54

İslamtimes - Prezident Rəcəb Tayyib Ərdoğanın 9 May Qələbə Günü münasibətilə Moskvaya getməməsi ilə bağlı Kremldən açıqlama gəlib.


ATV.az bildirir ki, Rusiya prezidenti köməkçisi Yuri Uşakov Ərdoğanın tədbirlərə qatılmaq istəməməyinin səbəbini bilmədiklərini deyib. Ərdoğanın Sovet ordusunun faşist qüvvələrini məğlubiyyətə uğratmasının 70-ci ildönümü münasibətilə Moskvada keçiriləcək mərasimdə qatılmayacağı bildirilmişdi.

İnterfax-ın məlumatına görə, Türkiyənin Moskvadakı səfirliyinin mətbuat xidməti mərasimlərdə Türkiyəni səfir Ümid Yardımın təmsil edəcəyini qeyd etmişdi.


Story Code: 459079

News Link :
https://www.islamtimes.org/az/news/459079/kremldən-ərdoğan-açıqlaması

Islam Times
  https://www.islamtimes.org