0
Thursday 7 May 2015 - 12:29

Mövsüm Səmədov vəkillə görüşə əlləri qandallı gətirilir

Story Code : 459089
Mövsüm Səmədov vəkillə görüşə əlləri qandallı gətirilir
Mövsüm Səmədov vəkillə görüşə əlləri qandallı gətirilir
Həbsdə olan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov ilə bağlı İslaminsesi.org-a məlumat verən vəkil Anar Qasımlı bildirdi ki, dünən Qobustan həbsxanasında onunla görüşə bilib.

Anar Qasımlının siyasi məhbusun saxlanma şəraitinin həddindən artıq ağır olduğunu dedi:

“Mövsüm Səmədov son vaxtlar saxlanma şərtlərinin həddən artıq ağırlaşmasından narazıdır. Ümumiyətlə, bu qapalı cəza müəssisəsində saxlanma şəraiti çox ağırdır. Tək hacı Mövsümü deyil, digər məhkumları da hətta hamama gedərkən belə qandallayıb aparırlar, vəkil ilə görüşə gələndə də əlləri qandallı gətirirlər. Qapalı müəssisənin içində belə tədbirlərin görülməsi ağlasığmazdır”.

Vəkilin sözlərinə görə, Mövsüm Səmədov özü də saxlanma şəraitinin ağırlaşmasından narazlıq edib:

“Mövsüm Səmədov deyir ki, az qalır onları kameranın içində belə əlləri qandallı saxlasınlar. Mən vəziyyətin bu yerə çatmasına təəssüf edirəm”.

A.Qasımlı Qobustan həbsxanasında baş verənləri qanuna zidd adlandırdı: “Qanunda belə bir hal nəzərdə tutulmayıb. Bu vəziyyət Qobustan həbsxanasının daxili qaydaları əsasında tənzimlənir”.

Daha sonra vəkil İslam Partiyasının sədrinin mesajını oxuculara çatdırdı:

“Siyasi məhbuslarla, xüsusilə Leyla Yunus və İntiqam Əliyevlə həmrəylik nümayiş etdirərək onların mübarizəsini alqışladığını söylədi. Onlara və bütün siyasi məhbuslara azadlıq arzuladığını bildirdi. Müsbət məqam budur ki, ağır və dözülməz şəraitə baxmayaraq hacı Mövsüm daxili inamını və mənəvi möhkəmliyini qoruyub saxlaya bilib.

Ümid edək ki, tezliklə müvəkkilimin bütün hüquq və azadlıqları təmin olunacaq və haqq öz yerini tutacaq”.
Source : Islaminsesi
Comment