QR CodeQR Code

Leyla Yunusun qızı Avropa Parlamenti qarşısında aksiya hazırlayır

8 May 2015 23:17

IslamTimes - Mayın 12-də, I Bakı Avropa Oyunlarının açılışına düz bir ay qalmış hüquq müdafiəçiləri Brüsseldə, Avropa Parlamentinin binası qarşısında Azərbaycanda insan hüquq və azadlıqlarının pozulmasına həsr olunmuş etiraz aksiyası keçirəcəklər.


Bu barədə İnsan Haqları üzrə Beynəlxalq Federasiyanın (FIDH) saytı məlumat yayıb. Aksiyanın təşkilatçıları Arif və Leyla Yunusların qızı Dinara Yunus, BMT-nin İşgəncələr əleyhinə komitəsinin baş katibi Cerald Staberok, “İdman-hüquq naminə” kampaniyasının koordinatoru Rebekka Vinsetdir. Fəallar Leyla Yunus, Xədicə İsmayılova, Rəsul Cəfərov, İntiqam Əliyev, Anar Məmmədli başqa siyasi məhbusların azadlığa buraxılmasını tələb edirlər. /Virtualaz/


Story Code: 459396

News Link :
https://www.islamtimes.org/az/news/459396/leyla-yunusun-qızı-avropa-parlamenti-qarşısında-aksiya-hazırlayır

Islam Times
  https://www.islamtimes.org