QR CodeQR Code

Yəmən qəbilələri Səudiyyənin 8 hərbi bazasını ələ keçirdilər

9 May 2015 18:33

IslamTimes - Yəmən qəbilələri və Səudiyyənin işğalçı ordusu arasında silahlı toqquşmalar baş verib.


Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, Saada vilayətinin Calah regionunda yaşayan Yəmən qəbilələri Səudiyyənin Cizan regionunda yerləşən 8 hərbi bazasını ələ keçiriblər. Yəmən döyüşçüləri 4 səudiyyəli hərbçini də girov götürüblər. Yəmən qəbilələri və Səudiyyə hərbçiləri arasında baş verən qanlı toqquşmalar nəticəsində bir neçə səudiyyəli hərbçi öldürülüb. Bu arada Səudiyyə Yəmənə qarşı hərbi təcavüzünü davam etdirir. Səudiyyənin rəhbərliyi ilə yaradılan koalisiyanın qırıcıları Yəmənin Damar vilayətinin yaşayış məntəqələrinə və məktəblərinə aviazərbələr endiriblər. Bombardman nəticəsində 12 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. Yaralananların və həlak olanların əksəriyyətini uşaqlar təşkil edir. Bundan əlavə Yəmənin aparıcı Ənsarullah Husilər hərəkatı əl-Məsna regionunda "Əl-Qaidə" terrorçuları üzərində qələbə qazanaraq, bu regionu yaraqlılardan azad ediblər.


Story Code: 459588

News Link :
https://www.islamtimes.org/az/news/459588/yəmən-qəbilələri-səudiyyənin-8-hərbi-bazasını-ələ-keçirdilər

Islam Times
  https://www.islamtimes.org