0
Sunday 5 December 2010 - 08:57

"Mövcud olmayan hakimiyyətin prezidenti kimi qala bilmərəm"

Story Code : 45971
Mahmu Abbas
Mahmu Abbas
APA-nın voanews.com saytına isitnadən verdiyi xəbərə görə, televiziyada yayımlanan müsahibədə Mahmud Abbas deyib ki, İsrail işğal olunmuş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşasını dayandırmasa və ABŞ-ın vasitəçiliyi ilə danışıqlar baş tutmasa, o, fələstinlilərin bu ərazilərdə özünü-idarəsinə son qoyulmasına çalışacaq. Mahmud Abbas söhbət əsnasında təcavüzkar İsrailin İordan çayının Qərb sahilinin işğalına da toxunub. Fələstin İdarəsi 1993-cü ildə Oslo sülh müqaviləsinə əsasən yaradılmışdı. Ona İsrailin 1967-ci ildə işğal etdiyi İordan çayının Qərb sahili və Qəzza zolağının ərazilərində sülh razılığı əldə edilənə qədər iradəedici səlahiyyətlər verilib.
Comment