QR CodeQR Code

Qar və soyuq hava Fransanı iflic etdi

5 Dec 2010 10:31

IslamTimes - Fransadakı davamlı qar və soyuq ölkə iqtisadiyyatına 30-50 milyon avro dəyərində ziyan vurub


Təkcə Fransanın mərkəzi Overn-Rona-Alp regionunda ötən gün 10 mindən artıq müxtəlif ərzaq və qida məhsulları ilə dolu qatar karvanı avtodayanacaqlarda qalıb.
Qərb kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, Fransanın kənd təsərrüfatında vəziyyət gedikcə daha da gərginləşir, qar və çovğunlara görə işi dayandıran tikinti şirkətlərinə olduqca böyük ziyan dəyir. Ekspertlərin fikrincə, bu şirkətlərin gəlirlərinin azalması ay ərzində 25 faiz təşkil edəcək ki, bu da onların maliyyə vəziyyətlərini tamamilə pisləşdirir.
Bundan əlavə, şaxtalı hava və qar Fransanın hava məkanını da iflic edib. Pis hava şəraitinə görə hava limanları reysləri 20 faiz azaldıb. /XezerXeber/


Story Code: 45980

News Link :
https://www.islamtimes.org/az/news/45980/qar-və-soyuq-hava-fransanı-iflic-etdi

Islam Times
  https://www.islamtimes.org