0
Sunday 10 May 2015 - 22:41

“Qərb liderlərindən inciməmişəm”

Story Code : 459804
“Qərb liderlərindən inciməmişəm”
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” kanalına verdiyi müsahibəsində deyib. 
Amerikalı veteranların da Kremldə verilən ziyafətdə olduğunu vurğulayan Putin, “Dünyanın Qələbə gününü qeyd etməsinə sevinirəm. Mənə elə gəlir ki, insanlar bu günü harada qeyd edirlərsə etsinlər, əgər bunda səmimidirlərsə, bu, çox gözəl bir hissdir”, - bildirib. 
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama, Avropa Şurasının rəhbəri Donald Tusk, Almaniya kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland, İngiltərə Baş naziri Devid Kemeron və bir sıra Qərb lideri Putinin dəvətini qəbul etməyərək, Moskvada keçirilən Qələbə paradına gəlməkdən imtina etmişdilər. /Axar.az/
Comment