0
Sunday 10 May 2015 - 23:12

Putindən Merkelə xəbərdarlıq: “Nə qədər tez həll olunsa...”

Story Code : 459811
Putindən Merkelə xəbərdarlıq: “Nə qədər tez həll olunsa...”
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, Putin çağırışı Almaniyanın kansleri Angela Merkellə Moskvada keçirdiyi görüşdə edib.
"Almaniya və Rusiya arasında problemlərin mövcud olduğu məlumdur. Münasibətlərin sürətli inkişafına mənfi təsir göstərən bu problemlər nə qədər tez həll olunsa, o qədər yaxşı olacaq. Əlbəttə ki, bunlardan ən kəskini Ukraynadakı vəziyyət haqqında problemdir”, - Putin vurğulyıb.
Merkel cavabında bildirib ki, əməkdaşlığa və diplomatik həllərin tapılmasına cəhd etmək lazımdır: “Biz bu gün Moskvada Rusiya və Avropa Birliyi arasındakı, həmçinin ikitərəfli münasibətlərimizi müzakirə etmək üçün görüşdük. Əlbəttə ki, Ukraynanın ərazi bütövlüyünün bərpasına yardım mövzusunu müzakirə etdik”.
Comment